Ru
Bakı
USD
EUR
GBP
RUB

Beynəlxalq Muğam Mərkəzində Qulu Əsgərovun xatirəsi anılacaq

news photo

07.06.2018 17:25 // Cəmiyyət

İyunun 13-də Beynəlxalq Muğam Mərkəzində Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

Mərkəzdən Youthportal.az-a bildirilib ki, “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşacaq tədbirdə Əməkdar artistlər Zakir Əliyev və Ehtiram Hüseynov, ifaçılar Mirələm Mirələmov, Almaxanım Əhmədli, Rəvan Əlvanoğlu, Vüsal İsrafilov çıxış edəcəklər. Musiqiçiləri Xalq Artisti Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı müşayiət edəcək.

Gecənin aparıcıları Xalq Artisti, Mələkxanım Əyyubova və Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevdir.

Xatırladaq ki, Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində Qara Qarayevin 100 illiyinə, Xalq artistləri Həqiqət Rzayevanın və Şövkət Ələkbərovanın yaradıcılıqlarına həsr olunmuş tədbirlər keçirilib.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi