Ru
Bakı
USD
EUR
GBP
RUB

Beynəlxalq Muğam Mərkəzində nasir, publisist Xeyrəddin Qocanın 70 illiyi qeyd ediləcək

news photo

28.01.2020 14:53 // Cəmiyyət

Yanvarın 29-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində nasir, publisist, Prezident təqaüdçüsü Xeyrəddin Qocanın 70 illiyinə həsr edilmiş musiqili-bədii gecə keçiriləcək.

Youthportal.az xəbər verir ki, yubilyarın yaradıcılığına həsr olunan gecədə yazıçı-satirikin ərsəyə gətirdiyi tamaşalardan qısa səhnələr nümayiş olunacaq, bir-birindən maraqlı dadlı-duzlu söhbətlər və rəngarəng musiqi parçaları təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü X.Qoca 1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləyib. Yazıçı 2017-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi