Ru
Bakı
USD
EUR
GBP
RUB

Beynəlxalq layihənin iştirakçıları Binəqədi rayonunun qonağı oldular (FOTO)

news photo

25.09.2018 13:31 // Gənclər üçün

Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin təşkilatçılığı ilə 15-23 sentyabr 2018-ci il tarixində baş tutan “Həyata hazır olun – şəxsi inkişaf üçün gənclərin sahibkarlıq təhsili” mövzusunda beynəlxalq layihə çərçivəsində Türkiyə, Hollandiya, Gürcüstan, Ukrayna və Litvadan olan 18 nəfər gənc ölkəmizə gəlmişdir. 

Youthportal.az xəbər verir ki,21 sentyabr 2018-ci il tarixində Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə layihə iştirakçılarının Binəqədi rayonuna səfəri təşkil olunmuşdur.Əvvəlcə Binəqədi Gənclər Evində olan qonaqlara Binəqədi rayon Gənclər və İdman  İdarəsinin rəisi Elvin Aslanov tərəfindən rayonda gənclər və idman sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verilmişdir. Gənclər Evinin inzibati binası ilə tanışlıqdan sonra layihə iştirakçıları Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının binasına gəlmişlər. Burada YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev ölkəmizdə gənc sahibkarlara yaradılan şərait və Azərbaycan gənclərinin sahibkarlıq sahəsində qazandığı uğurlar haqqında məlumat vermişdir. Sonda qonaqlar təşkilatın binasını gəzdilər.Qeyd edək ki, təlim kursunun məqsədi gənclərə sahibkarlıq sahəsində biliklərin yanaşma və metodlarının öyrədilməsi və təşviqi, eyni zamanda bu təhsilin təsir imkanlarının müəyyən edilməsidir. Kursun başlıca aspekti sahibkarlıq təhsili sahəsi üzrə ünsiyyət bacarıqları, komanda işi və birlikdə çalışmaq, yeni mühitə uyğunlaşmaq, problemləri həll etmək qabiliyyəti, tənqidi yanaşma və münaqişələrin həlli yollarının öyrədilməsidir.

 

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi