Ru
Bakı
USD
EUR
GBP
RUB

Beynəlxalq konfransda Bakı Slavyan Universitetinin nümayəndələrinin məruzələri dinlənilib (FOTO)

news photo

11.12.2019 17:49 // Təhsil

Bakı Slavyan Universitetinin (BSU) tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və Məzunların təcrübə və karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov Rusiya Xalqlar Dostluğu Universitetində (RXDU) Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının dəstəyi ilə keçirilən “Bilinqvizm, polilinqvizm, translinqvizm və linqvistik təhsil” mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər.

Əvvəlcə RXDU-nun əlavə təhsil üzrə prorektoru Anjela Doljikova, Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının Rəyasət Heyətinin üzvü, Qazaxıstan Milli Universitetinin professoru Eleonora Süleymenova təbrik nitqi ilə çıxış ediblər.

BSU-dan Youthportal.az-a bildirilib ki, dünyanın 12 ölkəsindən alimlərin qatıldığı elmi konfransda çıxış edən professor T.Cəfərov Azərbaycanda təhsilin bilinqval modelinin tətbiqinin zəruriliyindən danışıb.

Y.Alxasovun məruzəsi isə Azərbaycan-rus bilinqvizminin inkişaf xüsusiyyətlərinə həsr olunub.

Konfrans çərçivəsində dəyirmi masa və seminarlar keçirilib. Seminarlarda MDB ölkələrində və dünyada linqvistik təhsilin problemləri ilə bağlı faydalı və maraqlı müzakirələr aparılıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi