Ru
Bakı
USD
EUR
GBP
RUB

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq aparılır

news photo

25.04.2019 17:06 // Təhsil

Avqustun 4-dən 11-dək Bakı şəhərində 30-cu Beynəlxalq İnformatika Olimpiadası (IOI-2019) keçiriləcək.

Youthportal.az Təhsil Nazirliyinə istinadla xəbər verir ki, olimpiadaya hazırlıq işləri çərçivəsində ADA Universitetində müxtəlif tədbir və görüşlər təşkil edilir.

Proqram çərçivəsində IOI–nin ölkəmizdən olan medalçıları ilə görüş keçirilir. İlk görüş 1996-cı ildə Macarıstanda keçirilmiş 8-ci IOI-nin bürünc medalçısı Elnur Seyidli ilə olub. Görüşdə bilik yarışına hazırlıq prosesinin təşkili, milli komandanın burada iştirakı və digər məsələlər müzakirə olunub.

Xatırladaq ki, Elnur Seyidli Bakı şəhəri 20 nömrəli məktəb-liseyin məzunudur.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi