Ru
Bakı
USD
EUR
GBP
RUB

“Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilib (FOTO)

news photo

14.08.2019 14:30 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi  və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası  tərəfindən “Globus Center”də 12 Avqust “Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş tədbiri keçirilmişdir.

2019-cu il Beynəlxalq Gənclər Gününün konsepti “Təhsildə Transformasiya”-dır. Tədbir BMT-nin 2030 Gündəliyinə uyğun olaraq hazırlanmış və 4-cü Dayanıqlı İnkişaf Məqsədi olan “Keyfiyyətli Təhsil”in təbliği və inkişafına həsr olunmuşdur. 2019-cu il Beynəlxalq Gənclər Günü keyfiyyətli təhsili təmin etmək və inklüziv cəmiyyətlərdə gənclərin rolunu artırmaq üçün cari bilik və təcrübələrin vurğulanmasına həsr olunub.

Tədbirdə ilk öncə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidovatədbirdə iştirak edən hər kəsi salamlayaraq, gəncləri Beynəlxalq Gənclər Günü münasibətilə təbrik etmişdir.Rəsmi çıxışlarla başlayan tədbirdə, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, UNİCEF-in rəsmi nümayəndəliyinin rəhbəri Edvard Karvandin çıxış etmişlər. Dövlət rəsmilərinin çıxışlarından sonra İnsan və Mühit təşkilatının musiqili kompozisiyası təqdim olunmuşdur.

Peşələrə həsr olunmuş TEDx çıxışları ilə davam edən tədbirdə səyahətçi, alpinist Baba Ağayev, jurnalist və aktrisa Cəmilə Məmmədli, fotoqraf İradə Qədirova müvafiq olaraq öz sahələrinin sirlərini gənclərlə paylaşmış, onlara motivasiya vermişdir.

Tədbir #Gənclikritmdir çıxışı altında musiqi kompozisiyasına, müğənni Adil Baxışlının ifası ilə davam etmişdir.Əyləncə proqramı ilə davam edən tədbirdə gənclərin inklüzliyini artıran oyunlar oynanılıb. Tədbir Dj-in musiqiləri və rəqslərdən sonra yekunlaşmışdır.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi