Ru
Bakı
USD
EUR
GBP
RUB

Beynəlxalq ekspert Peşə Reabilitasiya Mərkəzində olub

news photo

05.05.2019 10:33 // Təhsil

Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi və Təhsil İnstitutunun təşkilatçılığı ilə Peşəkar İxtisasartırma Proqramı çərçivəsində ölkəmizə səfərə gəlmiş “Hamımız inklüzivlik üçün” layihəsinin eksperti Meri Elizabet Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olub.

ƏƏSMN-dən Youthportal.az-a verilən məlumata görə, müasir tələblərə uyğun şəraitin yaradıldığı Mərkəz sağlamlıq imkanları məhdud gənclərin yeni peşələrə yiyələnərək əmək bazarına inteqrasiya olunmasında mühüm rola malikdir. Burada peşə kursu müddətində gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.

Burada yaradılan şəraitlə tanış olan M.Elizabetə ƏƏSMN-nin Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi, əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin “Əlillik qüsur deyil” kitab-albomu hədiyyə edilib.

Qonaq sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası, ümumən onların cəmiyyətə inteqrasiyası sahəsində ölkəmizdə aparılan işlərin, həmçinin bu sahədə müasir tələblərə cavab verən belə bir Mərkəzin olmasının onda böyük maraq və xoş təəssüratlar yaratdığını vurğulayıb.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi