Ru
Bakı
USD
EUR
GBP
RUB

BƏT: iqlim dəyişmələri dünyada 80 milyon iş yerinin itirilməsinə səbəb olacaq

news photo

02.07.2019 12:00 // Dünyada

Beynəlxalq Əmək Təşkilatı (BƏT) yeni hesabatında bildirib ki, iqlim dəyişmələri dünyada 80 milyon iş yerinin itirilməsinə səbəb ola bilər. Bu mənfi proseslərin dünya iqtisadiyyatına mənfi təsiri 2,4 trilyon dollar olacaq.

Youthportal.az BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, hesabat cari ilin sonunda qlobal temperaturun 1,5 dərəcə Selsi artacağı barədə proqnozlara əsaslanır. BƏT bildirib ki, hesabatdakı rəqəmlər daha yüksək ola bilər. “Qlobal istiləşmə şəraitində iş: isti havaların əmək şəraitinə və istehsalata təsiri” adlanan hesabatda qlobal iqlim dəyişikliklərinin ayrı-ayrı regionlarda və planetimizdə əmək şəraitinə mənfi təsiri məsələləri əks olunub.

Hesabatda bildirilir ki, sağlam insan rütubət şəraitində 35 dərəcə istiyə dözə bilər. Lakin bu, onun orqanizmində “isti stressi” adlanan sindrom yaradır. Hava şəraiti bu temperaturdan yuxarı olduqda isə, mütəxəssislərin qəti qənaətinə görə, insanın fiziki imkanları azalır və məhsuldarlıq aşağı düşür. İsti hava şəraitində işləmək 940 milyon insanın çalışdığı kənd təsərrüfatı sektorunda xüsusilə təhlükəlidir. Bu sahədə temperatur dəyişikliyi iş vaxtının 60 faiz, tikinti sektorunda isə 19 faiz itirilməsinə səbəb olacaq. Hesabat müəllifləri vurğulayır ki, əsas iqtisadi itkilər ən yoxsul əhalinin yaşadığı, ən az gəliri olan ölkələrin payına düşəcək. Çünki bu dövlətlərdə adaptasiya mexanizmləri yoxdur. Beləliklə, gələcəkdə yoxsul və varlı dövlətlər arasında uçurum daha da dərinləşəcək, xüsusilə əməyin haqqının ödənilməsi və sosial müdafiə məsələlərində böyük fərqlər yaranacaq.

BƏT-in nümayəndəsi Ketrin Saqet bildirib ki, “istiləşmə stressi”nin əmək məhsuldarlığına təsiri iqlim dəyişmələrinin ən ciddi fəsadlarından biridir. O əlavə edib “Biz ölkələr arasında qeyri-bərabərliyin artacağını, əhalinin ən yoxsul təbəqələri üçün əmək şəraitinin daha da pisləşəcəyini proqnozlaşdırırıq”.

Bu proseslərin ən ciddi nəticələri isə miqrasiya prosesinin güclənməsi ilə əlaqədardır. Bu yaxınlarda BƏT-in konfransında qəbul edilimiş “Əsrin Bəyannaməsi”ndə yuxarıda göstərilən problemlərin həlli üçün 2030-cu ilədək təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi