Ru
Bakı
USD
EUR
GBP
RUB

Bərdədə “Gənc Sahibkar” layihəsinə start verilib

news photo

22.12.2017 20:18 // Cəmiyyət

Bərdədə yeniyetmə və gənclərin sahibkarlıq bacarıqlarını artırmaq məqsədi ilə “Gənc Sahibkar” adlı layihəyə start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən layihənin ilk seminarı artıq baş tutub. Layihə rəhbəri Aynurə Allahverdiyevanın verdiyi məlumata görə 20 gəncin iştirak etdiyi seminarda iştirakçılarla yanaşı rayonun fəal gəncləri o cümlədən, Bərdə regional ASAN xidmət mərkəzini könüllüləri də iştirak etmişlər. Bir neçə yerli sahibkarlıq müəssələrin də tərəfdaş olduğu layihədə iştirakçılar həmin sahibkarların təcürbələrindən öyrənmək imkanı da qazanacaqlar.

<br />

Seminar öncəsi layihə rəhbəri layihə haqqında məlumat verdikdən sonra Bərdə Regional ASAN Xidmət mərkəzinin könüllülər üzrə məsul əməkdaşı Səbuhi Əvəzli çıxış edərək bu tipli layihələrin gənclərin inkişafında əvəzsiz rol oynadığını bildirdi. Seminar müddərində əvvəlcə layihədən olan gözləntilərini bildirən gənclər daha sonra qruplarla tapşırıqlar yerinə yetirmiş, biznes və sahibkarlıqda istifadə olunan əsas terminlərlə tanış olmuşlar. Sonda gənclər qruplarda hər hansı bir biznes idyasını planlaşdırmaq üçün növbəti seminarlara ev tapşırığı götürmüşlər.

<br />

Qeyd edək ki, növbəti həftələrdə layihənin növbəti təlimləri baş tutacaq.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi