Ru
Bakı
USD
EUR
GBP
RUB

“Bələdçi - danişan tarix” adlı layihəyə start vermişdir (FOTO)

news photo

15.02.2017 16:31 // Cəmiyyət

“Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 20 noyabr 2016-cı il tarixindən “Bələdçi - danişan tarix” adlı layihəsinə start vermişdir. Layihə 17-25 yaş arası müxtəlif xarici dil biliklərinə malik olan bir qrup gəncin iştiraki ilə Bakı şəhəri və respublikamızın şimal-qərb bölgəsində həyata keçirilir.

Layihənin məqsədi - gənclərimizin marağını bələdçilik sahəsinə artırmaq və hazırlanmış gənc bələdçilər vasitəsilə 2017– ci ildə keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları” yarışması ərəfəsində respublikamıza gələn turistlərə xalqımızın qədim tarixi köklərə və zəngin mədəniyyətə malik olduğunu çatdırmağı, tarixi abidələri və füsunkar təbiəti ilə tanış etməyi və turizmin inkişafına tövhə verməyindən ibarətdir.

Layihəyə bələdçi və psixoloq ekspertlər, Azərbaycan Turizm və Menecment və digər ali təhsil ocaqların tələbələri cəlb olunmuşdur. Layihənin birinci mərhələsində iştirakçılara tarixi şəxsiyyətlərimizin həyat və yaradıcılığı, respublikamızın müxtəlif bölgələrində yerləşən tarixi abidələrimiz və mədəniyyətimiz haqqında məlumatlar nəzəri təlimlər zamanı verilmişdir. Əldə olunan məlumatları real həyata kecirmək üçün Bakı şəhərində praktiki təlimlər təşkil olunmuş və hər bir layihə iştirakçısı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən tarixi abidələr haqqında dolğun məlumatlar vermişdilər. Layihənin davamı olaraq bu istiqamətdə praktiki təlimlərin respublikamızın şimal – qərb bölgəsində keçirilməsi də nəzərdə tutulmuş və layihənin sonunda ekspertlərin iştirakı ilə seçim mərhələsindən keçən gənc bələdçilər haqqında məlumat, xidmətlərindən yararlanmaq üçün, “IV İslam Həmrəyliyi Oyunları” Təşkilat Komitəsinə təqdim olunacaqdır.

"Bakı Gənclər Klubu" İctimai Birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il mayın 4-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “BGK” İB “Azərbaycan Kiber İdman Federasiyası”, "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu" və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təsisçisi və fəal üzvüdür. Birliyin əsas məqsədi - gəncləri öz ətrafında toplamaq, asudə vaxtlarını səmərəli təşkil etməsi, istedadlı və yaradıcı gənclər arasında əlaqələrin inkişafına kömək etməkdən ibarətdir.

Azərbaycan, AZ 1014; Bakı

S.Rüstəm, ev 11H, ”Gənclər Evi”

Tel: (012) 408 98 45; 441 16 31

Faks: (+99412) 441 16 27

E-mail: office@bgk.az

www.bgk.az

www.fb.com/bakigenclerklubu

www.twitter.com/bgk_az

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Azərbaycanda yay fəsli başlayacaq

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi