Ru
Bakı
USD
EUR
GBP
RUB

Belarus və Azərbaycan opera ulduzları Bakıda eyni səhnəni bölüşəcək

news photo

17.01.2019 15:36 // Cəmiyyət

Fevralın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italiyalı bəstəkar Cakomo Puççininin “Boqema” operası təqdim ediləcək.

Teatrın mətbuat xidmətindən Youthportal.az-a bildirilib ki, səhnə əsərində əsas partiyalardan biri olan Rudolfun partiyasını ifa etmək üçün teatrın rəhbərliyi gənc və istedadlı həmyerlimiz Azər Rzazadəni dəvət edib. Vokalçı kimi karyerasına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində başlayan Azər sonradan təhsilini davam etdirmək üçün İtaliyaya gedib. Hazırda o Milanın La-Skala Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatıdır. Operada Marsel partiyasını Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti, vokalçıların Beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov ifa edəcək.

Mimi rolunda Əməkdar artist Afaq Abbasova, Müzetta rolunda Əməkdar artist İnarə Babayeva çıxış edəcək. Səhnə əsərində, həmçinin Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Tural Ağasıyev və Əliəhməd İbrahimov da iştirak edəcəklər.

Operanı teatrın baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, dirijorların Beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

Digər xəbərlər

Xəbər lenti

“Naməlum Axundzadə” nümayiş olunacaq

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

“UNEC-100” - Strateji idarəetmə

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi