Ru
Bakı
USD
EUR
GBP
RUB

Bədii gimnastika üzrə milli komanda Polşadan 5 medalla qayıdır

news photo

08.04.2019 11:25 // İdman

Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşavada keçirilən beynəlxalq “İrina Cup” turnirində qızıl medal qazanıb.

Fəridə Səfiyarzadə, Milana Əkbərova, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə və Nəzrin Cəfərzadədən ibarət qrup çoxnövçülük yarışlarında birinci yeri tutub.

Azərbaycanın fərdi proqramda çıxış edən gimnastlarından Nərminə Səmədova komandanın hesabına 3 medal yazdırıb. O, gürzlərlə və iplə icrasına görə qızıl, çoxnövçülük proqramında bürünc medal əldə edib.

Arzu Cəlilovanın isə iplə hərəkətləri gümüş medala layiq görülüb.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi