Ru
Bakı
USD
EUR
GBP
RUB

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının 4-cü günü start götürüb (FOTO)

news photo

19.09.2019 10:07 // İdman

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının dördüncü günü start götürüb.

Youthortal.az xəbər verir ki, bu gün fərdi proqramda gürzlər və lentlə hərəkətlərdə təsnifat və final yarışları keçiriləcək.

Azərbaycanı yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis və Yelizaveta Luzan təmsil edəcək və gürzlərlə hərəkətlərdə çıxış edəcəklər.

19 sentyabrın təqvimi

09:00 - 11:00. B qrupu, təsnifat mərhələsi. Gürzlər və lent11:15 - 13:10. A qrupu, təsnifat mərhələsi. Gürzlər və lent14:10 - 15:50. D qrupu, təsnifat yarışı. Gürzlər və lent16:05 - 17:50. C qrupu, təsnifat mərhələsi. Gürzlər və lent19:30 - 20:00. Ayrı-ayrı alətlər. Final - gürzlər20:05 - 20:35. Ayrı-ayrı alətlər. Final - lent20:40 - 21:00. Mükafatlandırma mərasimi: Gürzlər və lent

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi