Ru
Bakı
USD
EUR
GBP
RUB

Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok yarışları keçiriləcək

news photo

28.11.2018 09:32 // İdman

Dekabrın 6-9-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok yarışları keçiriləcək.

Youthportal.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışların ilk üç günündə fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər, qrup hərəkətləri komandaları isə balacalar və yeniyetmələr yaş kateqoriyalarında mübarizə aparacaqlar. İdmançılar arasında “Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “AyUlduz” klubu, “Zirvə” beynəlxalq idman klubu, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Bakı Su İdmanı Sarayı, “Zabrat” idman klubu, həmçinin Sumqayıt şəhərinin, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri çıxış edəcəklər.

Turnirin sonuncu günündə bölgələrarası kubok yarışları start götürəcək. Sayca beşinci olan bu turnirdə bölgələri təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında çıxışlarını yerinə yetirəcəklər.

Yarışların ən maraqlı məqamı sonuncu günə təsadüf edəcək. Tamaşaçılar ötən il olduğu kimi, bu il də “Qızıl yaş” şousunda məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələrini izləyə biləcəklər.

Digər xəbərlər

Xəbər lenti

“Naməlum Axundzadə” nümayiş olunacaq

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

“UNEC-100” - Strateji idarəetmə

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi