Ru
Bakı
USD
EUR
GBP
RUB

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakıda veloyürüş keçirilib (FOTO)

news photo

06.03.2018 12:00 // İdman

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş keçirilib.

Youthportal xəbər verir ki, Şəhidlər xiyabanından start götürən veloyürüşə ümumilikdə 50-dən çox iştirakçı, o cümlədən federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin üzvləri və həvəskar velosipedçilər qatılıblar. Veloyürüş Fəvvarələr meydanında başa çatıb.

Startdan əvvəl veloyürüş iştirakçılarını salamlayan gənclər və idman naziri Azad Rəhimov Bədən Tərbiyəsi və İdman Günü münasibətilə onları təbrik edib. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyən nazir bildirib ki, respublikamızda idmana dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir.

Azərbaycan Velosiped İdmanı Federasiyası mütəmadi olaraq müxtəlif dövlət və ictimai qurumlarla birlikdə dövlət əhəmiyyətli və əlamətdar günlərdə veloyürüşlər təşkil edir. Federasiya Dövlət Bayrağı Günü, Azərbaycan Gəncləri Günü, peşə bayramları günü, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə silsilə yürüşlər reallaşdırıb.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda güclü külək əsəcək

Bu gün Milli Musiqi Günüdür

Ermənilər atəşkəsi 20 dəfə pozdu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi