Ru
Bakı
USD
EUR
GBP
RUB

Bədən Tərbiyəsi və İdman Akademiyasının magistratura pilləsində yeni ixtisaslar təqdim olunacaq

news photo

13.02.2017 15:16 // Təhsil

Azərbaycanda ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb.

YouthPortal xəbər verir ki, Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların təsnifat”ında dəyişiklik edilməsi ilə bağlı qərarına əsasən, humanitar və sosial ixtisaslar qrupu üzrə jurnalistikada “idman jurnalistikası”, səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə bədən tərbiyəsi və idmanda “idman tibbi və reabilitasiya” ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sırasına daxil edilib. Eyni zamanda, “bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya” ixtisasının adı dəyişdirilərək “bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat” adlandırılıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idman təhsili sahəsində yeniliklər tətbiq edərək, mütəxəssislər və bu aləmə addım atmaq istəyənlər üçün peşəkar təlim və inkişaf proqramlarına start verib. “İdman menecmenti”, “İdman marketinqi və sponsorluğu”, “İdmanda düzgün qidalanma”, “İdman jurnalistikası”, “İdman psixologiyası”, “İdmanda ingilis dili” və digər qısamüddətli təlim proqramları, eyni zamanda, “Beynəlxalq fitnes təlimatçısı”, “Tətbiqi kineziologiya” və “İdman travması profilaktikası və reabilitasiyası” üzrə beynəlxalq sertifikat proqramları təqdim olunub.

Avropanın bir sıra qabaqcıl universitetləri ilə əməkdaşlıq çərçivəsində hazırda Akademiyada “İdman menecmenti,” “İdman jurnalistikası” və “İdman tibbi və reabilitasiya” ixtisasları üzrə magistr proqramları üzərində iş aparılır.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi