Ru
Bakı
USD
EUR
GBP
RUB

Bədən Tərbiyəsi və İdman Akademiyasının ingilis dilli magistr proqramları üzrə dərslər britaniyalı müəllimlər tərəfindən keçirilir (FOTO)

news photo

10.12.2019 14:13 // Təhsil

Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ingilis dilində tədris olunan hər üç magistr proqramı üzrə təhsil alan tələbələrinə dərslər Böyük Britaniyanın qabaqcıl universitetlərinin professor-müəllim heyəti tərəfindən keçirilir.

Akademiyadan Youthportal.az-a bildiriblər ki, Böyük Britaniyada tədris-təcrübə səfərində olan “İdman menecmenti” ixtisasının I və II kurs magistrantlarına Lafbra Universitetində aparılan tədris modulundan sonra Bornmut Universitetində professor Stiv Tauna tərəfindən “Biznes qərarları üçün maliyyə bacarıqları” fənni tədris edilir. Həmçinin Akademiyanın idman jurnalistikası studiyasında “İdman jurnalistikası” ixtisasının I kurs magistrantlarına BBC-nin keçmiş studiya meneceri, Şeffild Hallam Universitetinin Media, incəsənət və kommunikasiya departamentinin baş müəllimi Riçard Vilson tərəfindən “Audio və radio jurnalistikası” fənni keçirilir. Tibbi elmi-tədris laboratoriyasında “İdman tibbi və reabilitasiya” ixtisasının I kurs magistrantlarına isə London Kollec Universitetinin (UCL) İdman, Məşq və Sağlamlıq İnstitutunun kliniki fizioterapiya mütəxəssisi və fəxri müəllimi Bryus Paton tərəfindən “Bərpa və reabilitasiyanın əsasları” və “Aşağı ətraf zədələnmələri və onların reabilitasiyası” fənləri tədris olunur.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi