Ru
Bakı
USD
EUR
GBP
RUB

Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

news photo

11.12.2019 14:57 // Cəmiyyət

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Youthportal.az nazirliyin saytına istinadla xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, digər rəsmilər, Olimpiya və dünya çempionları, müəllim və tələbə heyəti iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Sonra Qara Qarayev adına Azərbaycan dövlət kamera orkestrinin ifasında Ümummilli Liderin sevdiyi musiqilər ifa edilib.

Çıxışlarda qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə digər istiqamətlərdə olduğu kimi, idman və təhsil sahələrinə də münasibət kökündən dəyişib. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar nəticəsində dövlət təhsil siyasətinin əsas məqsədi ölkənin malik olduğu təbii sərvətlərin insan kapitalına çevrilməsidir. Sevindirici haldır ki, bu sahədə görülən işlər nəticəsində mühüm nailiyyətlər əldə edilib.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi