Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU-nun tələbələri “I2B-İdeyadan biznesə” layihəsində qalib olublar (FOTO)

news photo

24.04.2019 11:03 // Təhsil

ADA Universitetində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, “Microsoft” və “Azercell Telekom” MMC-nin tərəfdaşlığı ilə “I2B-İdeyadan biznesə” layihəsi üzrə müsabiqə keçirilib.

Bakı Dövlət Universitetindən Youthportal.az-a bildirilib ki, müsabiqəyə universitet tərəfindən elmi-tədqiqat hissəsinin təşkilatçılığı ilə müəllim və tələbələrin 29 startap layihəsi təqdim edilib. Müsabiqədə ikisi BDU-dan olmaqla 9 qrup qalib gəlib. Kimya fakültəsinin magistrantı Əliyev Əlibala “NanoDesal - Duzlu və çirkab sularının təmizlənməsi üçün yüksək effektivliyə malik nanofiltrlər” (layihənin rəhbəri professor Ülviyyə Həsənova) və biologiya fakültəsinin doktorantı Lalə Məmmədova “ANTİ-AGE şirəsi” (layihənin rəhbəri professor Ralfrid Həsənov) layihələrinə görə mükafata layiq görülüblər.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi