Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU-nun rektoru tələbələrin istehsalat təcrübəsi ilə maraqlanıb

news photo

15.03.2019 13:11 // Təhsil

Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsində biologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri istehsalat təcrübələrini AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirlər.

AMEA-dan Youthportal.az-a bildirilib ki, tələbələr institutun müvafiq elmi-tədqiqat laboratoriyalarındakı avadanlıqların iş prinsipinlərini öyrənir və təcrübələrin gedişində yaxından iştirak edirlər.

BDU-nun rektoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub, tələbələrin istehsalat təcrübəsinin gedişatı ilə maraqlanıb. O, tələbələrin tədqiqat işlərinə qoşulduqları laboratoriyalara baş çəkib, onların təcrübə gündəlikləri ilə tanış olub.

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi