Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU-nun Qazax filialının tələbələri “İdeyadan biznesə” layihəsində fərqləniblər

news photo

19.04.2019 15:18 // Təhsil

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, BMT İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətlərinin birgə təşkilatçılığı ilə ölkəmizdə startap turları keçirilir. Vətəndaşların innovativ ideyalarına dəstək məqsədilə reallaşdırılan startap turları bu dəfə Tovuz şəhərində təşkil olunub.

“İdeyadan biznesə” layihəsi çərçivəsində keçirilən tədbirdə ilk dəfə Qazax, Şəmkir, Goranboy, Tərtər, Yevlax, Gədəbəy rayonlarından bir qrup gənc iştirak edib. Turda Qazax rayonunu Bakı Dövlət Universitetinin (BDU) Qazax filialı təmsil edib.

BDU-dan Youthportal.az-a bildirilib ki, filialın 20 tələbəsi öz ideyalarını reallaşdırmaq üçün bu tədbirə qoşulub. Tələbələrin irəli sürdükləri ideyalar münsiflər heyəti tərəfindən bəyənilib. BDU-nun Qazax filialının “Görən gözlər” və “Bacarıqlı əllər” komandaları fərqlənib. Hər iki komandada birləşən tələbələr ikinci və üçüncü yerləri tutublar. Qalib komandalar may ayında Bakda keçiriləcək startap turuna vəsiqə qazanıblar.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi