Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU-nun professorları Teleradio Akademiyasının qonağı olublar

news photo

24.06.2019 16:29 // Təhsil

İyunun 24-də Teleradio Akademiyasında “Qloballaşma dövründə televiziya və radionun inkişaf tendensiyaları və perspektivləri” mövzusunda seminar keçirilib.

Teleradio Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən Youthportal.az-a bildiriblər ki, tədbir Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin professor-müəllim heyətinin iştirakı ilə təşkil olunub.

Teleradio Akademiyasının rektoru Faiq Hüsüyev rəhbərlik etdiyi qurumun fəaliyyəti, qazanılan uğurlar və qarşıda duran perspektivlər barədə məlumat verib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli, televiziya və radio jurnalistikası kafedrasının müdiri Allahverdi Məmmədli, beynəlxalq jurnalistika kafedrasının müdiri Həmid Vəliyev çıxış edərək müasir dövrün tələblərinə uyğun, peşə vərdişlərinə yiyələnən mütəxəssislər hazırlamağa çalışdıqlarını diqqətə çatdırıblar.

V.Əiyev qeyd edib ki, Jurnalistika fakültəsində ən müasir studiyada tələbələr üç dildə xəbər təqdim edirlər. Artıq III-IV kurs tələbələri müxtəlif telekanallarda, o cümlədən AzTV-də çalışırlar. Jurnalistika fakültəsi ənənələri, ustad müəllimləri olan məkandır. Qloballaşma dövründə mövcud olan inkişaf tendensiyalarından tələbələrimizin yararlanmasına, eyni zamanda, ölkəmizə qarşı olan informasiya müharibəsinə, müxtəlif çağırışlara hərtərəfli cavab verə bilən peşəkar jurnalistlər hazırlamağa çalışırıq.

C.Məmmədli mövzu ilə bağlı fikirlərini bölüşüb.

Sonra müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi