Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib

news photo

23.07.2019 17:04 // Təhsil

Kimya fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanlarında ən yüksək nəticə qeydə alınıb. Belə ki, imtahanlarda iştirak edən Aidə Sadıqova 60 bal toplayaraq namizədlər arasında maksimum nəticə göstərib.

Təhsil Nazirliyindən Youthportal.az-a bildiriblər ki, Aidə Sadıqova 2009-2013-cü illərdə Bakı Dövlət Universitetində kimya müəllimliyi ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə həmin universitetdə kolloid kimya ixtisası üzrə magistr dərəcəsi alıb.

İmtahanlar iyulun 24-dək davam edəcək.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi