Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU-nun Hüquq fakültəsində “Beynəlxalq hüquq” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib

news photo

04.07.2019 16:48 // Təhsil

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Beynəlxalq hüquq” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib.

Universitetdən Youthportal.az-a verilən məlumata görə, Azərbaycan və rus bölmələrində təhsil alan magistrantlar informasiya hüququnun aktual mövzuları üzrə elmi tədqiqatlarını “Beynəlxalq ümumi hüquq” kafedrasında yerinə yetiriblər.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri, İxtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şurasının sədri, professor Fərhad Abdullayev müdafiəyə təqdim edilmiş işlərin aktuallığından danışıb, magistrantların elm və peşə hazırlığını yüksək qiymətləndirib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev professor Fərhad Abdullayevin təklif və tövsiyələrini yüksək qiymətləndirib, magistrlara göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, müdafiədə iştirak edən 7 magistrantın hər biri “əla” qiymət alıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi