Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU-nun hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

news photo

25.06.2019 11:18 // Təhsil

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə Yekun Dövlət Attestasiya Komissiyasının sədri Ramil Usubovun sədrliyi ilə bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib.

BDU-dan Youthportal.az-a bildiriblər ki, tədbirdə rektor Elçin Babayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən danışıb.

Təhlükəsizlik Şurasının katibi Ramil Usubov bildirib ki, Yekun Dövlət Attestasiya Komissiyasının sədri olduğu illər ərzində onlarca əlaçı tələbə daxili işlər orqanlarında işlə təmin edilib.

Müdafiədə Cinayət hüququ, Cinayət prosesi, İnsan hüquqları, Dövlət və hüquq nəzəriyyəsi və tarixi, Mülki hüquq, Mülki proses və kommersiya hüququ, Beynəlxalq hüquq, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedraları üzrə yerinə yetirilmiş işlər təqdim olunub. Ümumilikdə 30 nəfər bakalavr müdafiə edib, onlardan 26-sı “əla”, 4-ü isə “çox yaxşı” qiymətlərinə layiq görülüb.

Təhlükəsizlik Şurasının katibi Ramil Usubov müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlər söyləyib, bakalavrların hazırlığından məmnun qaldığını deyib.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi