Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU-nun “Gənc istedadlar” liseyində “Son zəng” (FOTO)

news photo

14.06.2019 12:45 // Təhsil

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Son zəng” tədbiri keçirilib.

Youthportal.az xəbər verir ki, BDU-nun Elçin Babayev məzunları, valideynlərini və liseyin kollektivini təbrik edib. Bu il 11-ci buraxılışı keçirilən liseydən indiyədək məzun olan 382 nəfərdən 105-nin qəbul imtahanlarında 600-dən çox bal topladığını, 49 nəfərin isə xarici ölkələrin nüfuzlu universitetlərində təhsil aldıqlarını bildirib.

Məzunlardan 5 nəfərin Prezident təqaüdünə, 36 nəfərin qızıl, 6 nəfərin isə gümüş medala layiq görüldüyünü diqqətə çatdıran rektor Elçin Babayev lisey şagirdlərinin respublika və beynəlxalq olimpiadalarda, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş inşa yazı və “Ən yaxşı təqdimat” müsabiqələrində, müxtəlif intellekt, bilik və idman yarışlarında qazandıqları uğurlardan da bəhs edib.

Liseyin direktoru, professor Qasım Hüseynov Azərbaycan və rus bölməsindən 48 nəfərin məzun olduğunu qeyd edərək onların hər birinə gələcək həyatlarında uğurlar arzulayıb.

Valideynlər adından Arzu Eyyubova, məzunlar adından liseyi qızıl medalla bitirmiş ADA Universitetinin tələbəsi Orduxan Qəhrəmanzadə çıxış ediblər.

Tədbir lisey şagirdlərinin bədii proqramı ilə başa çatıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi