Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilir

news photo

24.04.2019 14:50 // Təhsil

Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi çərçivəsində cari ilin fevral-aprel ayları ərzində bu ali məktəbin 100 illik yubileyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Youthportal.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Universitetin 100 illik yubileyi münasibətilə hazırlanmış videoçarxın nümayişindən sonra çıxış edən rektor Elçin Babayev bilik yarışmasının əhəmiyyətindən danışıb.

Tədbirdə Təhsil Nazirliyinin struktur rəhbərləri və əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, BDU-nun professor və müəllim heyəti, “SABAH” əməkdaşları, tələbələri və könüllüləri iştirak edirlər.

Xatırladaq ki, “SABAH” qrupları layihəsi çərçivəsində ikinci ildir keçirilən bilik yarışmasının məqsədi, “SABAH” qrupları tələbələri arasında elmi, yaradıcılıq potensialının üzə çıxarılması və nümayiş etdirilməsi, onların təhsil və bilik zəminində inteqrasiya etməsi, elmi-yaradıcı təşəbbüslərə həvəsləndirilməsi, araşdırma fəaliyyətinə təşviq edilməsi üçün əlverişli şəraitin yaradılmasıdır.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi