Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU-da “Tarixçi alimlərimiz” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunub

news photo

17.05.2019 11:12 // Təhsil

Bakı Dövlət Universitetinin (BDU) və tarix fakültəsinin 100 illik yubileyinə həsr edilmiş “Tarixçi alimlərimiz” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Layihənin qonağı tarix fakültəsinin mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov olub.

BDU-dan Youthportal.az-a bildiriblər ki, tədbirdə fakültənin dekanı Azad Rzayev professor Anar İsgəndərovun elmi fəaliyyəti haqqında məlumat verib.

Sonra professor Anar İsgəndərov Azərbaycan tarixinin müxtəlif dövrlərinə nəzər salıb, 1918-ci ilin mart soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti, Qafqaz İslam Ordusunun Azərbaycana xilaskarlıq yürüşü, Azərbaycan parlamentinin təsisi, Bakı Dövlət Universitetinin yaradılması haqqında ətraflı danışıb və gəncləri vətənpərvər olmağa çağırıb.

BDU-nun rektoru Elçin Babayev layihənin əhəmiyyətini vurğulayıb.

Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova professor Anar İsgəndərovun həm alim, həm də nəcib insan kimi örnək olduğunu söyləyib.

Tədbir professor Anar İsgəndərovun rəhbərlik etdiyi mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının magistrant və doktorantlarının çıxışları ilə yekunlaşıb.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi