Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib (FOTO)

news photo

12.07.2019 10:46 // Təhsil

Bakı Dövlət Universitetində (BDU) “İrs” beynəlxalq jurnalının və “Paşa Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib.

BDU-dan Youthportal.az-a verilən məlumata görə, Universitetin rektoru Elçin Babayev ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında “İrs” jurnalının xidmətlərindən danışıb.

18 dildə çap olunan və dünyanın 70-dən çox ölkəsində yayımlanan jurnalın və “İrs” seriyası adı altında çapdan çıxan 10 adda kitabın mədəni irsimizin, dəyərlərimizin təbliği istiqamətindəki töhfələrini qeyd edən rektor Elçin Babayev bu nəşrlərin işıq üzü görməsinə dəstək verən “Paşa Həyat Sığorta”nın bu işdəki nəcib fəaliyyətini xüsusilə qeyd edib.

Musa Mərcanlı baş redaktoru olduğu “İrs” və “Azerbaijan Airlines” jurnallarının müxtəlif dillərdə çap olunmasını ölkəmizin tarixi, mədəniyyəti və incəsənətinin beynəlxalq miqyasda təbliğ olunmasındakı roluna diqqət çəkərək universitet alimlərini əməkdaşlığa dəvət edib.

“Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Azərbaycanın milli-mədəni irs nümunələrinin beynəlxalq səviyyədə təqdim olunması məqsədilə həyata keçirilən layihələrə verilən dəstəyin nəticələrindən məmnunluğunu ifadə edib.

Görüşdə universitetin professor-müəllim heyətinin və Jurnalistika fakültəsi tələbələrinin “İrs” jurnalı ilə əməkdaşlıq məsələləri müzakirə edilib, jurnalın xüsusi buraxılışının Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunması barədə razılığa gəlinib.

Rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Ağamirzəyev və Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev əməkdaşlıq əlaqələrindən danışıblar.

Sonda “İrs” jurnalının nömrələri və “İrs” seriyası adı altında çap olunan 10 adda kitab universitetin elmi kitabxanasına hədiyyə olunub.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi