Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırılıb (FOTO)

news photo

20.02.2019 08:39 // Təhsil

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubiley tədbirləri çərçivəsində təşkil olunan “İlin ən yaxşı tələbəsi” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

BDU-dan Youthportal.az-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, bu sahədə həyata keçirilən çoxsaylı dövlət proqramlarından danışıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayan F.Qurbanov Ulu Öndərin siyasi xəttinin uğurla davam etdirildiyini deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə, onların təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Təhsil sahəsi, tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı Prezident sərəncamlarının əhəmiyyətini vurğulayan F.Qurbanov gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, ictimai fəallığının yüksəldilməsi, sosial-məişət və məşğulluq problemlərinin həlli sahəsində kompleks tədbirlərin dövlətin daim diqqətində olduğunu bildirib.

F.Qurbanov müasir dövrdə gənclərin qarşısında duran vəzifələri, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işləri xatırladaraq tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətədavamlı olmaları üçün bilik və bacarıqlarını daim inkişaf etdirməli olduqlarına da diqqət çəkib. O, Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamın əhəmiyyətini qeyd edib, tələbələri yubiley tədbirlərində fəal iştiraka çağırıb.

Sonra F.Qurbanov “İlin ən yaxşı tələbəsi” adını qazanmış tələbələri təbrik edib.

BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov, Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Kərimov ölkəmizdə gənclərin təhsili üçün geniş imkanların yaradıldığını vurğulayıb, bilikli, istedadlı tələbələrə göstərilən diqqət və qayğıdan danışıblar.

Coğrafiya fakültəsinin birinci kurs tələbəsi, Aprel döyüşləri iştirakçısı Ramil Əmiraslanov Azərbaycan Prezidenti İlham Əliyevin tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı sərəncamlarının təhsilə töhfə verəcəyinə əminliyini diqqətə çatdırıb. O, eyni zamanda, Aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaətlərin böyük ruh yüksəkliyi doğurduğunu söyləyib.

Hüquq fakültəsinin birinci kurs tələbəsi, uşu-sanda üzrə 11 qat dünya, 3 qat Avropa çempionu, Prezident mükafatçısı Emil Hacıyev, biologiya fakültəsinin üçüncü kurs tələbəsi Məryəm Ramazanova dövlətimizin gənclərin inkişafı üçün yaratdığı şəraitdən bəhs ediblər.

Tədbirdə ilin ən yaxşı tələbələri müxtəlif nominasiyalar üzrə mükafata layiq görülüblər. Tələbələr yüksək təhsil göstəriciləri və liderlik keyfiyyətlərinə, yerli və beynəlxalq səviyyəli elmi konfranslarda çıxışlarına, sanballı elmi araşdırmalarına, universitetin və respublikanın ictimai həyatında fəal iştirakına, vətənpərvərlik təəssübkeşliyinə, mədəniyyət, incəsənət sahəsində qazandığı uğurlarına, idman yarışlarında əldə etdiyi yüksək nəticələrinə görə mükafatlandırılıblar.

Sonra Bakı Dövlət Universitetinin tələbələri doktorant və tələbələrin təqaüdlərinin artırılması ilə bağlı imzaladığı sərəncamlara görə Prezident İlham Əliyevə müraciət qəbul ediblər.

news photo

Digər xəbərlər

Xəbər lenti

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi