Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüş keçirilib (FOTO)

news photo

16.10.2019 19:00 // Təhsil

Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti, professor Darxan Kıdırali ilə universitetin müəllim və tələbə heyətinin görüşü keçirilib.

BDU-dan Youthportal.az-a bildirilib ki, görüşdə rektor Elçin Babayev çıxış edərək qardaş türk xalqlarının birliyi yolunda elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrini gücləndirməyin vacibliyini vurğulayıb. Həyata keçirilən layihələrin ortaq tarixi düşüncənin formalaşdırılmasına xidmət etdiyini qeyd edən rektor akademiyanın türk elminin, tarixinin araşdırılmasında apardığı tədqiqatları yüksək qiymətləndirib.

Professor Darxan Kıdırali prezidenti olduğu Beynəlxalq Türk Akademiyası barədə geniş məlumat verib, bu günə qədər görülən işlər, keçirilən beynəlxalq konfranslar, ekspedisiyalar haqqında danışıb. O, həmçinin dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərin türk dünyası irsinin və elminin tədqiqində böyük əhəmiyyəti olduğunu diqqətə çatdırıb.

Tədbirdə Yusif Balasaqunlunun “Qutadqu Bilik” əsərinin 950 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçiriləcəyi məlum olub.

Görüş təhsil sahəsində əməkdaşlıq perspektivləri, türk dünyası ilə bağlı elmi-mədəni və təhsil məsələləri ətrafında müzakirələr aparılması və tədbir iştirakçılarının suallarının cavablandırılması ilə başa çatıb.

 

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi