Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU-da beynəlxalq elmi konfrans: Fizikaya müasir baxış

news photo

03.05.2019 12:52 // Təhsil

Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının 100 illik yubileyinə həsr edilən “Fizikaya müasir baxış” (“Modern Trends in Physics”) mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub.

Universitetdən Youthportal.az-a bildirilib ki, konfrans Təhsil Nazirliyi, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Avstriyanın “STAR-NET” – nüvə texnologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı regional şəbəkəsi və İtaliyanın Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda respublikanın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, Türkiyə, Rusiya, İtaliya, Yaponiya, Pakistan, Almaniya, Gürcüstan və digər ölkələrin qabaqcıl universitetlərinin və elmi-tədqiqat institutlarının alimləri də iştirak ediblər.

Plenar iclasdan sonra konfrans işini “Nanotexnologiyalar və materialşünaslıq”, “Optonano elektronika”, “Kondensləşmiş mühitlər fizikası”, “Nəzəri, riyazi və yüksək enerjilər fizikası”, “Bioloji və tibbi fizika”, “Alternativ enerji mənbələri” mövzularında bölmələrdə davam etdirib.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

“Koroğlu” operası nümayiş olunacaq

DİM abituriyentlərə müraciət edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi