Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir (FOTO)

news photo

17.04.2019 09:18 // Təhsil

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan Youthportal.az-a verilən məlumata görə, səfiri universitetdə görməkdən məmnun olduğunu bildirən rektor Elçin Babayev BDU-nun təhsil, elm, innovasiya, sosial həyatı və beynəlxalq əlaqələri barədə yeni hədəflərindən danışıb, bu istiqamətdə Türkiyə universitetləri və digər qurumları ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.

Səfir öz növbəsində, universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıb və səfirliyin bütün bu məsələlərə dəstək olacağını bildirib.

Görüşdə Mövlanə mübadilə proqramı, ikili diplom, birgə proqram, qrant və startaplar, qarşılıqlı tanışlıq, təcrübə mübadiləsi, Türkiyə festivalının keçirilməsi kimi məsələlər də müzakirə edilib.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Küləkli hava şəraiti davam edəcək

Atəşkəs rejimi 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi