Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub

news photo

19.07.2019 15:40 // Təhsil

Bakı Dövlət Universiteti (BDU) “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub.

BDU-dan Youthportal.az-a bildiriblər ki, “QS World University Rankings 2020”nin açıqlamasına görə, Bakı Dövlət Universiteti dünyanın 20 min top universitetini araşdıran bu şirkətin siyahıya daxil etdiyi 1000 nüfuzlu universitet arasından seçilərək 801+ yerdə qərarlaşıb və ötən ildə olduğu kimi Azərbaycandan siyahıya düşən yeganə universitet olub.

Universitet reytinqinin tərtib olunmasında akademik göstəricilər, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında nüfuzu, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınır.

Qeyd edək ki, Bakı Dövlət Universiteti, eyni zamanda, ötən il “Webometrics”, “Round University Ranking”, “U-Multirank”, “Scimago İnstitutions Ranking” və “QS World University Rankings” agentliyinin Şərqi Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin reytinq agentliklərinin siyahısında da yer tutub.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi