Ru
Bakı
USD
EUR
GBP
RUB

Bazar gününə olan hava proqnozu açıqlanıb

news photo

06.10.2018 13:10 // Cəmiyyət

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Youthportal.az-a verilən məlumata görə, oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 13-15°, gündüz 17-19° isti, Bakıda gecə 13-15° , gündüz 16-18° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər Lənkəran-Astara zonasında leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16°, gündüz 18-23° isti, dağlarda gecə 0-4°, gündüz 5-10° isti təşkil edəcək.   

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda güclü külək əsəcək

Bu gün Milli Musiqi Günüdür

Ermənilər atəşkəsi 20 dəfə pozdu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi