Ru
Bakı
USD
EUR
GBP
RUB

Bayraq günü Sabirabadda təntənəli şəkildə qeyd edilib (FOTO)

news photo

08.11.2019 12:20 // Cəmiyyət

Sabirabadda Dövlət Bayrağı Günü münasibətilə “Bayraq yürüşü” adlı tədbir keçirilib.

Rayon Regional Mədəniyyət İdarəsindən Youthportal.az-a bildirilib ki, tədbirdə Sabirabad rayon Gənclər və İdman İdarəsi, YAP Sabirabad rayon Gənclər Birliyinin üzvləri, habelə rayon Regional Mədəniyyət İdarəsinin kollektivi, Sabirabad “ASAN xidmət” mərkəzinin könüllüləri, ictimaiyyətin nümayəndələri, eləcə də qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Gənclər 2 kilometr məsafəni qət edərək rayon ərazisində yerləşən Dövlət Bayrağı Muzeyinə qədər 40 metr uzunluğunda olan üçrəngli bayrağımızı çiyinlərində daşıyıblar.

İştirakçılar müxtəlif şüar və yüksək əhval-ruhiyyə ilə şəhər camaatının diqqətini cəlb edib. Yürüş Bayraq Meydanında “Azərbaycan” adlı flaşmob və bayram konserti ilə yekunlaşıb.

Yürüşdə 2 mindən çox insan iştirak edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı müvafiq Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi