Ru
Bakı
USD
EUR
GBP
RUB

"BATE" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

news photo

11.08.2018 11:38 // İdman

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda keçiriləcək BATE - "Qarabağ" matçının hakimləri müəyyənləşib. 

Youthportal.az xəbər verir ki, qarşılaşmanı latviyalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona yan xətt hakimləri Haralds Qudermanis və Alekseys Spasjonnikovs köməklik göstərəcək. Dörüdüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirəcək. 

Qeyd edək ki, BATE - "Qarabağ" matçı avqustun 14-ü "Borisov Arena"da baş tutacaq. Sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk oyun Belarus klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Digər xəbərlər

Xəbər lenti

“Qədim dil” dərsliyi nəşr olunub

Atəşkəs rejimini 22 dəfə pozulub

Qoruqlara giriş ödənişsiz olacaq (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi