Ru
Bakı
USD
EUR
GBP
RUB

Basketbol üzrə 40-cı Avropa çempionatının səkkizdəbir finalçıları müəyyənləşib

news photo

08.09.2017 16:02 // İdman

Dörd ölkənin – Finlandiya, İsrail, Rumıniya və Türkiyənin ev sahibliyi ilə keçirilən basketbol üzrə 40-cı Avropa çempionatının qrup mərhələsinə yekun vurulub. Hər birində altı komandanın yer aldığı dörd qrupda ilk dörd yeri tutan komandalar səkkizdəbir finala yüksəliblər.

“A” qrupundan səkkizdəbir finala bütün görüşləri qələbə ilə başa vuran Sloveniya, eləcə də Finlandiya, Fransa və Yunanıstan yığma komandaları vəsiqə qazanıblar. Polşa və İslandiya isə qrupdan çıxa bilməyiblər.

“B” qrupunda Litva, Almaniya, İtaliya və Ukrayna yığmaları növbəti mərhələyə yüksəldikləri halda, Gürcüstan və İsrail komandaları qrupda qalıblar.

“C” qrupunda yüz faizli nəticə göstərən İspaniya seçməsi qrupu birinci sırada tamamlayıb. Bu qrupdan səkkizdəbir finalın digər iştirakçıları Xorvatiya, Monteneqro və Macarıstan milliləri olublar. Çexiya və Rumıniya isə qrup səddini keçməyi bacarmayıblar.

Qardaş Türkiyə millisi yer aldığı “D” qrupunda sonuncu görüşdə güclü Latviya yığmasına 79:89 hesabı ilə məğlub olsa da, qrupu dördüncü sırada başa vuraraq səkkizdəbir finala yüksəlib. Bu qrupda ilk üç sırada isə Serbiya, Latviya və Rusiya milliləri qərarlaşıblar. Belçika və Böyük Britaniya yığma komandaları qrupda qalıblar.

Avropa çempionatının səkkizdəbir final mərhələsinin görüşləri sentyabrın 9-da və 10-da keçiriləcək. Sentyabrın 9-da Sloveniya-Ukrayna, Almaniya-Fransa, Finlandiya-İtaliya, Litva-Yunanıstan görüşləri oynanılacaq. Bir gün sonra isə Latviya-Monteneqro, Serbiya-Macarıstan, İspaniya-Türkiyə, Xorvatiya-Rusiya oyunları təşkil olunacaq.

Çempionatın dörddəbir final mərhələsinin görüşləri sentyabrın 12-13-də, yarımfinallar ayın 14-15-də oynanılacaq. Üçüncü yer uğrunda görüş və final qarşılaşmaları isə sentyabrın 17-də oynanılacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda güclü külək əsəcək

Bu gün Milli Musiqi Günüdür

Ermənilər atəşkəsi 20 dəfə pozdu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi