Ru
Bakı
USD
EUR
GBP
RUB

""Barselona"ya qalib gəlmək şansımız azdır"

news photo

14.05.2015 16:30 // İdman

"Finala adladığımız üçün şadam. Madridə təkcə müdafiə olunmağa gəlməmişdik. Bilirdik ki, işimizin çətin olacaq. Buna görə də hər şeyə hazırlıqlı idik". Youthportal.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Yuventus"un qapıçısı Canluici Buffon deyib.

Çempionlar Liqasının yarımfinalında Madrid "Real"ından güclü olan "Yuventus" adını finala yazdırıb. Həlledici qarşılaşmada "Barselona" ilə üz-üzə gələcək turinlilərin təcrübəli qolkiperi həmin görüş barədə də fikirlərini bölüşüb: "Finala vəsiqə qazanmağa layiq idik. Amma bizi daha bir çətin və vacib oyun gözləyir. "Barselona"ya qalib gəlmək şansımız azdır. Lakin bu görüşü səbirsizliklə gözləyirik".

Qeyd edək ki, Buffon karyerası ərzində heç vaxt Çempionlar Liqasının qalibi ola bilməyib.

Digər xəbərlər

Xəbər lenti

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi