Ru
Bakı
USD
EUR
GBP
RUB

Barselonada “Azərbaycan Evi”nin açılışı olub

news photo

14.02.2017 13:01 // Siyasət

“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin təşəbbüsü və ölkəmizin İspaniyadakı səfirliyinin dəstəyi ilə Barselona şəhərində “Azərbaycan Evi”nin açılış mərasimi olub.

YouthPortal AZƏRTAC-a istinadən xəbər verir ki,Tədbirdə Kataloniyada yaşayan azərbaycanlılar, təhsil alan tələbələr iştirak ediblər.

“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri Kərim Kərimov İspaniyada ilk dəfə “Azərbaycan Evi”nin fəaliyyətə başlamasının mühüm hadisə olduğunu qeyd edib. O, “Azərbaycan Evi”nin Barselonada və ümumilikdə, Kataloniyada yaşayan azərbaycanlıların bir araya gətirilməsinə, onların əlaqələndirilməsinə, milli dəyərlərimizin və tarixi reallıqlarımızın təbliğatına böyük töhfə verəcəyini, Barselona şəhərinin multikultural həyatında özünəməxsus yer tutacağını vurğulayıb.

“Azərbaycan Evi”nin yerləşdiyi inzibati sahə Barselona Vəkillər Kollegiyasının üzvü, “Medina & Associates” şirkətinin rəhbəri Xavier Medina Ortiz tərəfindən təmənnasız təqdim olunub.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi