Ru
Bakı
USD
EUR
GBP
RUB

BANM-də İT seminar keçirilib

news photo

29.03.2017 15:58 // Təhsil

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzi “İT karyeranın inkişafı” və “Elektron hökümət həllərindən istifadə” mövzular üzrə seminar keçirilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, seminarda BANM-in Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, Elektron Hökumət Təlim Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov, Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Elvin Cəfərov və Ali Məktəbin tələbələri iştirak ediblər.

Elektron Hökumət Təlim Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov tələbələrə informasiya texnologiyaları sahəsi haqqında ətraflı məlumat verərək onların bu sahə üzrə karyera qurmaq imkanlarını qeyd etdi. O bildirdi ki, seminarın əsas məqsədi İT sahəsində karyerasını inkişaf etdirmək istəyən gənclərin peşə bacarıqlarına daha dərindən yiyələnməsini təmin etməkdir. “Bizim məqsədimiz İT sahəsini əhali arasında tanıtdırmaq, İT karyeranın qurulmasında tələbələrdə həvəs yaratmaqdır”, - R.Cabbarov deyib.

Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Elvin Cəfərov təqdim olunan seminarın əhəmiyyətindən danışaraq bildirdi ki, müasir gənclərin İnformasiya texnologiyaları sahəsində karyera qurmaları üçün bu cür seminarlar çox vacibdir. O, qeyd edib ki, müasir dövrün əsas tələbi elektron resurslardan səmərəli istifadə və elektron hökumətin istifadəçisi olmaqdır.

Daha sonra Elvin Cəfərov “Elektron Hökumət” haqqında ümumi məlumat verərək qeyd edib ki, bu program müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərinin göstərilməsinə şərait yaradır.

Seminar sual-cavab sessiyası və müzakirələrlə yekunlaşıb.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi