Ru
Bakı
USD
EUR
GBP
RUB

BANM: Məzunlarımız asanlıqla iş tapa bilirlər

news photo

27.05.2019 14:48 // Təhsil

Tanınmış dünya universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən Bakı Ali Neft Məktəbi (BANM) keçən il ikinci buraxılış məzunlarını yola saldı. 2018-ci ildə Ali məktəbdən “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 35 nəfər, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 16 nəfər və “Kimya mühəndisliyi” ixtisası üzrə 41 nəfər olmaqla cəmi 92 nəfər məzun oldu.

Dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirən Ali məktəbin məzunları enerji sektorunda fəaliyyət göstərən şirkətlərə işə düzəlməkdə çətinlik çəkmirlər. BANM-da təhsil alan tələbələr hər il tədris proqramlarının bir hissəsi kimi həmin şirkətlərin əksəriyyətində istehsalat təcrübə proqramları keçirlər ki, bu da məzun olmalarına qədər həm şirkətlərin onları, həm də tələbələrin şirkətləri yaxından tanımasına real imkan yaradır.

Bundan başqa, enerji sektorunun nüfuzlu şirkətləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri quran BANM-da həmin şirkətlərin rəhbər şəxsləri, menecerləri tədris müddəti ərzində mütəmadi olaraq tələbələrə master-klasslar, təlim və seminarlar keçir. Bu da tələbələrin həmin şirkətlərin fəaliyyətinə maraq göstərməsinə, gələcəkdə özlərini həmin şirkətlərin əməkdaşı kimi görməsinə imkan yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” siyasətini əldə rəhbər tutaraq fəaliyyət göstərən Ali məktəbin məzunlarının əksəriyyəti artıq aparıcı şirkət və müəssisələrdə işləməyə başlayıb. Məzunlar arasında ixtisasları üzrə işləyən və eyni zamanda təhsilini davam etdirənlər var.

Məzunların məşğuliyyəti haqqında geniş məlumatı özündə əks etdirən “Məzunlarımız haradadır?” adlı jurnalın nəşri Ali məktəbdə ənənə halına çevrilib. BANM-ın eyni adlı jurnalının 2018-ci il məzunlarına həsr olunmuş 2-ci buraxılışı ictimaiyyətə təqdim olunub.

Mühəndislik ixtisasları üzrə beynəlxalq səviyyədə qəbul edilən BANM-ın məzunlarının çalışdığı müəssisələr üzrə statistika aşağıdakı kimidir:

Təhsilini davam etdirməyi qərara almış məzunlar öz təhsillərini Azərbaycanın, eləcə də dünyanın nüfuzlu universitetlərində magistratura pilləsində davam etdirir. Onların ali məktəblər və ölkələr üzrə statistikasını aşağıdakı cədvəldə təqdim edirik:

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin əsas məqsədi neft-qaz, kimya və proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə mühəndislik, texnologiya və dizayn kimi sahələrdə peşəkar ingilis dili bilikləri və bacarıqları olan yeni nəsil mühəndis kadrları hazırlamaqdır.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi