Ru
Bakı
USD
EUR
GBP
RUB

Balaca gimnast – Mina Abbasovanın Xorvatiyada böyük qələbəsi

news photo

03.10.2018 12:40 // İdman

Xorvatiyanın Zadar şəhərində Xorvatiya Bədii Gimnastika Federasiyasının dəstəyi ilə Bədii Gimnastika üzrə Beynəlxalq “Sirena kuboku – 2018” yarışı keçirilib.

Youthportal.az xəbər verir ki, yarışda Macarıstan, Ukrayna, Çexiya, Slovakiya, Sloveniya, Bolqarıstan, Avstriya və digər ölkələrin 30-dan çox komandası mübarizə aparıb. Bu turnirdə Azərbaycanı həmyerlimiz, səkkiz yaşlı gimnast - Mina Abbasova təmsil edib. Böyük rəqib ordusunun olmasına baxmayaraq o, gimnastlar arasında fərdi yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub. Belə ki, istedadlı gimnastımız tam xal hesabı ilə birinciliyi əldə edərək bu ay ərzində üçüncü qızıl medalını qazanıb.

Qeyd edək ki, Mina Abbasova artıq üç ildir ki, Budapeşt şəhərində fəaliyyət göstərən, Beynəlxalq kateqoriyalı hakim Lyubov Bernat ve Inga Mackusun rəhbərlik etdiyi “Rus RG Sport” klubunun üzvüdür. O, beş yaşından başlayaraq iştirak etdiyi beynəlxalq yarışlarda müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, bu ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən başlayaraq Azərbaycan bayrağı altında çıxış edir. Səkkiz yaşlı çempion bu ay Polşada keçirilən yarışlarda da ölkəmizi təmsil edib və iki qızıl, bir gümüş medal qazanıb. Balaca qəlbində böyük vətən sevgisi daşıyan, istedadlı gimnastımız Mina Abbasovanın arzu-istəyini, qazandığı uğurları nəzərə alaraq, yarışlarda Azərbaycanı təmsil etməsi üçün ona icazə veriblər.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Atəşkəs 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi