Ru
Bakı
USD
EUR
GBP
RUB

“Baku Open” beynəlxalq turnirində 10-dan artıq ölkədən karateçilər iştirak edəcəklər

news photo

13.03.2019 15:44 // İdman

Martın 14-dən 17-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Baku Open” beynəlxalq karate turniri keçiriləcək.

Youthportal.az xəbər verir ki, sayca 10-cu olan bu turnir Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubileyinə həsr olunacaq. Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçiriləcək turnirdə 10-dan artıq ölkədən karateçilər iştirak edəcəklər.

Fərdi kata və kumite üzrə yarışın birinci günündə böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparacaqlar. Ertəsi gün 16-17 yaşlı və 21 yaşadək gənclər tatami üzərinə çıxacaqlar. Martın 16-da 14-15 yaşlı yeniyetmələr, bir gün sonra isə 6-13 yaşadək uşaqlar qarşılaşacaqlar.

Yubiley turnirinin təntənəli açılış mərasimi martın 15-də olacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi