Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda "Yaxşı İdarəetmə, İnnovasiya və Şəffaflıq”Forumu keçiriləcək

news photo

16.05.2019 16:40 // Siyasət

Mayın 21-də Bakıda “Yaxşı İdarəetmə, İnnovasiya və Şəffaflıq” devizi altında Menecment və İnnovasiya Forumu keçiriləcək.

Youthportal.az xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının və ölkəmizin aparıcı şirkətlərinin təşkilatçılığı ilə baş tutacaq tədbir “Boulevard” oteldə keçiriləcək.

Forumun məqsədi ölkədə idarəetmənin və menecmentin inkişafına dəstək olmaq, idarəetməyə dair yenilikləri paylaşmaq, şəbəkələşməni inkişaf etdirmək və idarəetmə mövzusuna aid məsələləri müzakirə etməkdir.

Forumda idarəetmə və innovasiya mövzularına aid 2 panel nəzərdə tutulub və bu panellərdə yerli və xarici ekspertlərin çıxışı planlaşdırılıb.

Tədbirdə müəssisə və təşkilat rəhbərləri, sahibkarlar, idarəetmə məsləhətçiləri, gələcək liderlik vəzifəsinə hazırlanan şəxslər iştirak edə bilərlər.

Forumda özəl şirkətlərlə yanaşı, müvafiq dövlət qurumlarından rəsmilər, ümumilikdə 200-dək şəxs iştirak edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi