Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda XI Respublika Rus dili və ədəbiyyatı Olimpiadasına yekun vurulacaq

news photo

27.05.2019 16:32 // Təhsil

İyunun 4-də - Beynəlxalq Rus Dili Günü ərəfəsində Bakı Slavyan Universitetinin Böyük akt zalında XI Respublika Rus dili və ədəbiyyatı Olimpiadasına yekun vurulacaq. Bu münasibətlə keçirilən təntənəli mərasim Rusiyanın ölkəmizdəki səfirliyi, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən təşkil edilir.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən Youthportal.az-a verilən məlumata görə, 2019-cu ildə Olimpiadanın 24 regional turu keçirilib. Cari ildə bu tədbirin əhatə dairəsi xeyli genişlənib, iştirakçıların sayı artıb. 2019-cu il Olimpiadasının nəticələri təntənəli mərasimdə elan ediləcək.

Olimpiadanın qaliblərinə diplomları və xatirə hədiyyələri tanınmış siyasətçilər və ictimai xadimlər təqdim edəcəklər.

Azərbaycanlı gənc ifaçılar bayram konserti verəcəklər. Mərasimə Olimpiadanın qalibləri, onların valideynləri və müəllimləri, təhsil, elm və mədəniyyət xadimləri, nazirliklərin, idarələrin və diplomatik korpusun nümayəndələri dəvət edilir.

Mərasim iyunun 4-də saat 12:00-da başlanacaq.

Arayış üçün telefonlar: 496-45-00 və 496-48-00. Elektron poçt ünvanı: riccbaku@gmail.com.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Atəşkəs 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi