Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda VI Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək

news photo

15.04.2019 16:02 // Cəmiyyət

Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti Bakı Beynəlxalq kitab sərgi-yarmarkası sentyabrın 27-də təşkil olunacaq.

Nazirlikdən Youthportal.az-a bildirilib ki, altıncı dəfə keçiriləcək sərgi-yarmarka üç gün davam edəcək. Nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və digər aidiyyəti qurumlar sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.

Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında iştirakla bağlı ərizə-müqavilə formasını Təşkilat Komitəsindən əldə etmək olar. (e-mail: nrtis@mct.gov.az, tel: 012 493 23 77).

Ərizə-müqavilə ən gec avqustun 31-i tarixinədək Təşkilat Komitəsinə təqdim edilməlidir.

Eyni zamanda, ziyarətçi kimi qatılmaq istəyənlər üçün sərgiyə giriş sərbəst olacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi