Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

news photo

23.01.2020 12:49 // Cəmiyyət

Yanvarın 25-26-da Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək. 

Azərbaycan Arıçılar Assosiasiyasından (AAA) Youthportal.az-a verilən məlumata görə, builki konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Belarus Respublikası, Rusiya, Ukrayna və başqa ölkələrdən peşəkar arıçılar, elm və iş adamları təlimlər verəcək, master klas proqramları həyata keçirəcəklər.

Peşakar Arıçılar Birliyi olaraq həm Azərbaycan, həm də yaxın coğrafiyalardan olan arıçıların iştirakı ilə fərqli mədəniyyətlərdən olan böyük bir ailəni bir yerə toplayacaq.

Konfrans müddətində 20-dən çox şirkətin yer alacağı sərgidə Azərbaycan, Çin, Pakistan, Rusiya, Türkiyə və s. kimi fərqli ölkələrdən olan istehsalçılar iştirak edəcək, hər biri öz məhsullarını bölgənin arıçısı ilə tanış edəcək.

VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransının rəsmi hissəsi ilə yanaşı “bal yarışması”, qala gecəsi, mükafatlandırma mərasimləri keçiriləcək. Yanvarın 28-də isə qonaqların Bakı şəhəri gəzintisi olacaq.

Qeyd edək ki, 6 ildir ardıcıl keçirilən konfrans arıçılıq sahəsində Qafqazda keçirilən ən böyük konfransdır.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Mədəni tarixi abidələrimizin təbliği

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi