Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda “Vətənpərvərlik kinosu həftəsi”nə start verilib

news photo

14.01.2020 12:36 // Cəmiyyət

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə milli müstəqilliyimizin bərpası istiqamətində mühüm səhifə olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Vətənpərvərlik kinosu həftəsi” keçirilir.

Nazirlikdən Youthportal.az-a verilən məlumata əsasən, yanvarın 17-dək keçiriləcək kino həftəsi çərçivəsində Vətən yolunda canlarını fəda edən Azərbaycanın Milli qəhrəmanlarına və onların döyüş yoluna həsr edilmiş filmlər göstəriləcək və yaradıcı heyətlə görüş olacaq.

Qeyd edək ki, artıq üçüncü ildir həyata keçirilən bu layihənin əsas məqsədi əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik nümayiş etdirən Azərbaycanın Milli qəhrəmanlarını gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

Yanvarın 13-də Binəqədi Mərkəzi Mədəniyyət evində Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidova həsr olunmuş “Aprel yüksəkliyi” filmi (rejissor Zamin Məmmədov), Müşfiqabad qəsəbə Mədəniyyət evində Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynova həsr olunmuş “Nakam tale” filmi (rejissor Taleh İsmayılov), Nardaran qəsəbə Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Hidayət Rüstəmova həsr olunmuş “Mirpaşa” filmi (rejissor Emin Əfəndiyev) nümayiş olunub.

Film nümayişləri dövlət himninin səslənməsi ilə başlanıb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində təqdim edilən filmlərin nümayişi Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən müxtəlif mədəniyyət müəssisələrində baş tutacaq.

Filmlərə giriş sərbəstdir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi