Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib (FOTO)

17.07.2019 13:13 // Gənclər üçün
Bakıda Avropanın 17 ölkəsindən 34 hüquqşünas tələbənin iştirakı ilə V beynəlxalq “Yay hüquq məktəbi” təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə keçirilən tədbirin təşkilatçısı Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi olub.
ELSA-nın Azərbaycan nümayəndəliyindən Youthportal.az-a bildiriblər ki, insan alverinə qarşı mübarizəyə həsr edilən beynəlxalq tədbirin açılış mərasimi Dövlət Miqrasiya Xidmətinin inzibati binasında keçirilib.
Tədbirdə Prezident Administrasiyasının əməkdaşı Elşən Bayramov, Dövlət Miqrasiya Xidmətinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Ülvi Əliyev və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Ramil Kazımov çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan institusional və qanunvericilik islahatları, eləcə də qanunsuz miqrasiyaya və insan alverinə qarşı aparılan uğurlu mübarizə barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, ELSA-nın Azərbaycan nümayəndəliyi ölkəmizdə bir neçə uğurlu beynəlxalq və yerli layihələr həyata keçirib. Hazırda təşkilat Vəkillər Kollegiyası ilə birlikdə “ProDemos - xalq üçün” maarifləndirmə layihəsini həyata keçirir. Layihənin məqsədi vətəndaşların sosial şəbəkələr vasitəsilə maarifləndirilməsi və ölkəmizdə aparılan hüquqi islahatlarını sadə və anlaşılan dildə onlara çatdırılmasıdır.
Yay məktəbi çərçivəsində əcnəbi tələbələrin Ali Məhkəməyə və “ASAN xidmət” mərkəzinə tanışlıq səfərləri təşkil olunub. Eləcə də Azərbaycanın tarixi və mədəniyyəti ilə tanışlıq məqsədilə iştirakçılar Heydər Əliyev Mərkəzini, Şəhidlər xiyabanını, Xalça Muzeyini, Qız qalasını ziyarət ediblər.
Avropanın 42 ölkəsində fəaliyyət göstərən ELSA beynəlxalq təşkilatı 230 universitetdə təhsil alan 40 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada gənc hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsinə, cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsinə, nəzəri biliklərinin praktiki tətbiqinə nail olmaqdır. Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. Ölkəmiz hazırda bu qurumun ən fəal üzvlərindən biridir.



Digər xəbərlər
Gömrük Akademiyasında "Bank fəaliyyəti və fəaliyyətin təşkili" mövzusunda seminar keçirilib
10.12.2019 18:51 // Təhsil
İlahiyyat İnstitutu doktoranturaya və dissertanturaya qəbul elan edib
10.12.2019 18:02 // Təhsil
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının vaxtı açıqlanıb
10.12.2019 17:39 // İdman
Rus dilinin tədrisi ilə bağlı Bakı Slavyan Universitetində elmi-praktik seminar keçiriləcək
10.12.2019 17:16 // Təhsil
“Mən ağacam” tamaşası növbəti dəfə “Yuğ”un səhnəsində
10.12.2019 17:00 // Cəmiyyət
Memarlıq və İnşaat Universitetinin adı növbəti dəfə beynəlxalq reytinq bazasına daxil edilib
10.12.2019 16:45 // Təhsil
AVRO-2020: Əməliyyat Qrupunun üzvləri üçün seminar təşkil olunub
10.12.2019 16:31 // İdman
Şərqşünaslıq İnstitutunun əməkdaşı “Tövrat”ı orijinaldan Azərbaycan dilinə tərcümə edib
10.12.2019 16:14 // Təhsil
Premyer Liqa: XIV turun rəmzi komandası bəlli olub
10.12.2019 15:59 // İdman
İl ərzində 15 minədək müəllim ixtisasartırma təlimlərinə cəlb olunub
10.12.2019 15:41 // Təhsil
“Paris Notr-Dama ithaf” tamaşası növbəti dəfə nümayiş ediləcək
10.12.2019 15:23 // Cəmiyyət
Sabaha gözlənilən hava şəraiti
10.12.2019 15:08 // Cəmiyyət
“Mercedes” 2021-ci il üçün pilot heyətini müəyyən etməyə tələsməyəcək
10.12.2019 14:46 // Formula 1
Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
10.12.2019 14:30 // İdman
Bədən Tərbiyəsi və İdman Akademiyasının ingilis dilli magistr proqramları üzrə dərslər britaniyalı müəllimlər tərəfindən keçirilir (FOTO)
10.12.2019 14:13 // Təhsil
KOBİA il ərzində gənc sahibkarlardan 200-dən çox müraciət alıb
10.12.2019 14:00 // Cəmiyyət
Azərbaycanlı alimin Çində keçirilən beynəlxalq forumda çıxışı dinlənilib
10.12.2019 13:42 // Təhsil
Heydər Əliyev Fondunun dəstəyi ilə "İncəsənətlə şəfa" rəqs və musiqi qala tədbiri keçirilib (FOTO)
10.12.2019 13:22 // Cəmiyyət
BP Texniki Universitetin tələbələrinə iş təklif edəcək
10.12.2019 13:04 // Təhsil
Üç rayon üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək
10.12.2019 12:43 // Təhsil
“Haqq mənəm” tamaşası yenidən teatrsevərlərin görüşünə gəlib (FOTO)
10.12.2019 12:27 // Cəmiyyət
Pedaqoji Universitetdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)
10.12.2019 12:10 // Təhsil
Bakı Ali Neft Məktəbinə "JewelSuite" proqram təminatı üçün lisenziyanın verilməsi barədə təhvil-təslim aktı imzalanıb
10.12.2019 11:52 // Təhsil
Tarix Muzeyində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə guşə yaradılıb
10.12.2019 11:30 // Təhsil
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turuna start verilir
10.12.2019 10:44 // İdman
Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Sumqayıt şəhərinin Cümə məscidində moizə edib (FOTO)
10.12.2019 10:29 // Təhsil
Cəbhədə atəşkəs 20 dəfə pozuldu
10.12.2019 09:59 // Qarabağ
Azərbaycan Aykido Mərkəzində respublika seminarı keçiriləcək
09.12.2019 18:45 // İdman
“Azərbaycan multikulturalizmi. Etnik müxtəliflik xəzinəsi” kitabı ingilis dilində çapdan çıxıb
09.12.2019 18:17 // Təhsil
“Emprik zaman” – “YARAT”da açılacaq növbəti sərgi belə adlanır
09.12.2019 18:05 // Cəmiyyət